25 Aprel 2017 16:44
1 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın paytaxtı Astana şəhərində görkəmli alim, yazıçı Mir Cəlal Paşayevin anım günü qeyd olunub.

Teleqraf.com xəbər verir ki, “Addım” təşkilatı və Qazaxıstanda fəaliyyət göstərən “Heydərçi azərbaycanlı Gənclər Təşkilatı” tərəfindən hazırlanan tədbirdə öncə ədibimizin həyat və yaradıcılığı barədə məlumat verilib.

Daha sonra “İki yad adam” filminin nümayişi baş tutub. Film qazaxıstanlı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Nümayişindən sonra səfərdə iştirak edən filmin yaradıcı qrupunun üzvləri, ssenari müəllifi Nicat Dadaşov və baş rolun ifaçısı Duyğu Dəvəli çıxış ediblər. Yerli qonaqlar aktrisa Duyğu Dəvəlinin çıxışını xüsusi maraqla qarşılayıblar.

Qeyd edək ki, film Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında istehsal olunub. Ekran əsəri ilk dəfə mart ayında Pekin şəhərində keçirilən Qrand Asiya Film Festivalında (Grand Asian Film Festival) nümayiş olunub və "Ən yaxşı sosial film" nominasiyasında qalib olub.

Filmin Bakıda ilk nümayişi Gənc Ailələrinin Forumunun bağlanış mərasimində baş tutacaq.

Nərmin


Müəllif: