5 May 18:46

“Art Qalleri”də “Mediamən” adlı ikinci kitabını təqdim edən aparıcı Cavid Osmanov təqdimat tədbirinə hamam xalatı və başmaqla gəlməklə hər kəsi təəccübləndirib.

Teleqraf.com Cavid Osmanovun bu tərzinə yazarların münasibətini öyrənib.

Yazıçı Şərif Ağayar: “Bu, mənə kreativ təsir bağışladı. Kitaba ənənəvi rəsmi təqdimat etmədi. Təbii ki, estetik səviyyəni qorumaq şərtiylə təqdirəlayiq hesab edirəm. Dünyada belə tədbirlər baş tutur, rəssamlar və bir sıra məşhurlar bu tipli geyimlərlə tədbirlərə qatılırlar. Yəni bu cür ənənə var. Cavidin özü də maraqlı açıqlama verib: “Kitabı bu cür yazmışam və bu cür də təqdim edirəm”. Ümidvaram ki, kitabı da o cür maraqlı və səmimi olar”.

Şair Aqşin Evrən: “Düzü, tədbirə kostyumla, qalstukla gəlib, insanların canını sıxmaqdansa, elə xalatla gəlmək yaxşıdır. Fakt budur ki, insanlar bundan müsbət enerji aldılar.

Məncə, dostumuz Cavidi yalnız onun kitabını alıb, oxuyan şəxslər tənqid edə bilər, onlar da vəziyyətdən razıdırlar. Kitaba pul verməyib, feysbukda monitor arxasından tənqid edənlərin buna ixtiyarı çatmır”.

Aylin


Müəllif: