30 May 2017 13:30
1 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

“APA Holdinq”ə daxil olan Kulis.az saytına yeni baş redaktor təyin olunub.

Lent.az xəbər verir ki, saytın yeni baş redaktoru tanınmış yazıçı Şərif Ağayardır.

Şərif Ağayar 1976-cı ildə Laçın rayonunda anadan olub.

N.Tusi adına ADPU-nun tarix-filologiya fakültəsini bitirib. Mətbuatda çoxsaylı məqalələri, şeirləri, oçerk və hekayələri çap olunub. 2014-cü ildən Kulis.az-da redaktor vəzifəsində işləyir.

İndiyədək "Səhra məsnəvisi" adlı şeirlər kitabı, "Kərpickəsən kişinin dastanı" povesti, "Aftafalı antrakt" proza kitabı, "Haramı" romanı, "Xanım T." hekayətlər kitabı, "Gülüstan" romanı çap edilib. Bu il isə ədəbi mühitdə müzakirəyə səbəb olan “Arzulardan sonrakı şəhər romanı” çapdan çıxıb.

Kulis.az-ın əvvəlki baş redatoru Qan Turalı idi.


Müəllif: Teleqraf.com