3 İyun 15:05

Mərhum xalq şairi Məmməd Arazın xatirəsinə həsr olunan VII Şairlər Günü adlı tədbir keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi və Gənc Şairlər Birliyinin təşkilatçılığı ilə xalq şairi Məmməd Arazın xatirəsinə həsr olunan “VII Şairlər Günü” adlı tədbir iyunun 5-i saat 12:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Tədbirin təşkilati dəstəyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Başçılığı, Dünya Gənc Türk Yazarlar Birliyi, Azərkitab Kitab Təbliğat Mərkəzidir.


Müəllif: Könül Əlibəyli