7 İyun 2017 16:14
2 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhriyar del Gerani hələ özünü təsdiq etməmiş gənc müəllifdir. Ümumən şeir haqqında söz deməsi düşünürəm ki, hələ tezdir. Mənə həsr etmiş olduğu statusda bazar adamı səviyyəsində sözlər işlədib.

Bunu Rasim Qaraca Teleqraf.com-a açıqlamasında deyib.

Şair qeyd edib ki, Şəhriyar üzbəüz gələrkən, ona “ustad” deyir:

“Bir yerdə intonasiyadan bəhs edib. Guya şeirdə intonasiya olmalıdır. Ağızdan eşitmiş olduğu bu "qayda" dünya şeirində məzənnəsini çoxdan itirib, yəqin xəbəri yoxdur. Bu cür köhnə ölçülərlə meydana atılıb intonasiya xəstəsi tərəfdarlardan bəyəni qazanıb bir müddət xumarlana bilər bu şairimiz. Ümumən, Azərbaycan şeirindəki, Şəhriyarın da daxil olduğu melanxolik-romantik-duyğusal axını qəbul etmirəm! Nə üçün durub-dururkən mənə saldırdığının səbəbini təxmin edirəm. Çünki onun və onun kimilərin fövqündəyəm, aşa bilmirlər, əvəzində çamur atırlar. Halbuki, küçədə görəndə mənə "ustad" deyən bu adamın, ağlı olsa, məndən öyrənəcəyi çox şey var!”

Xatırladaq ki, gənc şair Şəhriyar del Gerani Rasim Qaracanın təzə şeirlərini oxuyub depressiyaya düşdüyünü vurğulamış, həmkarını şeir yaza bilməməkdə günahlandırmışdı.


Müəllif: Könül Əlibəyli