7 İyun 2017 17:48
1 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 10-da, şənbə günü Gənc Tamaşaçılar Teatrının qarşısında gənc şair Hikmət Orhunun “Qadın qolları dövrü” kitabının təqdimatı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, tədbir saat 16:00-da başlayacaq, 18:00-a qədər davam edəcək.

Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından çıxan kitabda gənc şairin şeirləri toplanıb.

“Qadın qolları dövrü” müəllifin ilk şeirlər kitabıdır.

Kitabın redaktoru şair Bəxtiyar Hidayətdir.


Müəllif: Könül Əlibəyli