15 İyun 2017 11:46
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 12-də Bərdə şəhər Zərifə Əliyeva adına 1 saylı tam orta məktəbdə çağdaş Azərbaycan şeirinin tanınmış nümayəndəsi İlham Qəhrəmanla görüş keçirilib.

Teleqraf.com-un məlumatına görə, yeni tikilmiş məktəbin akt zalında baş tutan tədbirə şagirdlər, müəllimlər, rayon ziyalıları toplaşıb.

Tədbirin aparıcısı bərdəli şair Telman Hüseyn İlham Qəhrəmanın yaradıcılığı haqqında məlumat verib. Şairin yaradıcılığının təkcə poeziya ilə məhdudlaşmadığını, onun həm folklor irsimizin toplanmasında, həm də Cənubi Azərbaycan ədəbiyyatının bu tayda təbliğində böyük xidmətlərindən danışıb.

Daha sonra İlham Qəhrəmanın şeir dünyasından söz açan şairlər Qabil Əsəd, Ramil Mərzili, Nadir Qədimli, Beyləqandan tədbirə qatılmış şairə Rəşidə Allahverdiyeva öz şeirlərini də təqdim ediblər.

Tədbir boyu bir neçə dəfə şeirlərini oxuyan İlham Qəhrəman sonda görüşü təşkil edənlərə öz təşəkkürünü bildirib.​


Müəllif: Qəzənfər