5 İyul 2017 18:20
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Apostraf” nəşriyyatında Naxçıvan teatr tarixinin tədqiqatçısı, görkəmli teatrşünas, əməkdar mədəniyyət işçisi, mərhum Cəlil Vəzirovun “Əliqismət Lalayev və Naxçıvan teatrı” adlı kitabı işıq üzü görüb.

Teleqraf.com-un məlumatına görə, kitabda Azərbaycan Respublikasının və Naxçıvanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrındakı fəaliyyətindən, səhnədə canlandırdığı obrazlardan, quruluş verdiyi tamaşalardan, Naxçıvan teatr mühitinə gətirdiyi yeniliklərdən, qazandığı uğurlardan bəhs olunur.

Paralel müqayisələrin yer aldığı kitabda bu teatrın XX əsrin 80-ci illərindəki fəaliyyəti geniş şəkildə araşdırılıb.

Kitab teatr sahəsində fəaliyyət göstərən mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Müəllif: Könül Əlibəyli