6 Sentyabr 2017 09:14
1 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Rüstəm Behrudinin “Şaman duasından dar ağacına” adlı növbəti kitabı işıq üzü görüb.

Bu barədə Teleqraf.com-a şair özü məlumat verib. O, həmin kitabı haqqında fikirlərini bölüşüb:

“Söz verdiyim kimi, iki kitab eyni gündə çapdan çıxdı. Biri mənim yazdığım - “Şaman duasından dar ağacına”, biri də mənim haqqımda yazılan “Rüstəm Behrudinin özü haqqında bilmədikləri”. Bu kitabım Türk irqindən, Tanrıdan, ölümdən, əbədiyyətdən və sevgidən bəhs edir”.

Şair həmin kitabın ərsəyə gəlməsi üçün uzun illər sərf etdiyini açıqlayıb. O, həmçinin yenicə çapdan çıxan kitabına görə istedadlı nasir və naşir Şamil Sadiq bəyə təşəkkürünü bildirib.

Xatırladaq ki, Rüstəm Behrudi daha əvvəl "Yaddaşlara yazın" və "Şaman duası" kitablarını yazıb. Onun "Şaman duası" kitabı türkdilli dövlətlərdə böyük maraqla qarşılanıb, kitabdan seçmələr Türkiyədə, İranda, Avstriyada, Almaniyada, Belçikada və s. ölkələrdə çap olunub. Yaradıcılığından seçmələr polyak, fransız, rus və çex dillərinə tərcümə edilib.


Müəllif: Könül