10 Sentyabr 2017 17:56
2 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Naxçıvanda Ordubad rayonunun Behrud kəndində dünyaya gələn 60 yaşlı şair Rüstəm Behrudinin ad günü qeyd olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə xalq şairi Sabir Rüstəmxanlı sosial şəbəkədə məlumat paylaşıb.

Sabir Rüstəmxanlı qeyd edib ki, sentyabrın 12-də 60 yaşı tamam olan Rüstəm Behrudinin dostları və yaxınları bu gün Ordubadda şairin yubileyini qutlayacaq.

“Rüstəm Behrudi 60 yaşın hesabatını anası Zəhra xanıma, atası Hidayət müəllimin ruhuna, doğma ocağına verəcək. Tərk edilən, boşalan ocaqlarımızı sevindirməkdən gözəl nə ola bilər? “60 yaşlı gənc” dostumu ürəkdən təbrik edirm. Can sağlığı və yola davam!”, - deyə Sabir Rüstəmxanlı təbrikində qeyd edib.

Rüstəm Behrudi ilə tanışlığını xatırladan Sabir Rüstəmxanlı 38 il bundan öncə 22 yaşındaykən əlində bir dəstə şeirlə “Yazıçı” nəşriyyatında qapısını döyərək şeirləri haqda rəyini öyrənmək istədiyini vurğulayıb: “Oxuduğum ilk şerindən onun şəksiz və parlaq istededını, sözünün kəsərini, ruhunun mənə doğmalığını, düşüncələrinin genişliyini hiss etmiş və ona xeyir- dua vermişdim. Tezliklə Rüstəm köçüb Bakıya gəldi, iş yoldaşım oldu, yaxın dostuma, sirdaşıma, mübarizə yoldaşıma çevrildi. Qardaşlarımla da dostlaşdı, Yardımlıdakı ocağımıza getdi, bu ocaqda həmişə qonaq kimi yox, övladlardan biri kimi qarşılandı. İndi Rüstəm Behrudi şöhrəti Azərbaycanın sərhədlətini adlamış, şeirlərinin, publisistikasının milli ruhu, yüksək poetik ovqatı və üsyankarlığı ilə oxucuların sevgisini qazanmış, görkəmli qələm sahibi, böyük sözün və böyük türk ruhunun daşıyıcısı, milli- mənəvi varlığımızın keşiyində dayanan əsgərlərdən biridir”.


Müəllif: Kəmalə