1 Oktyabr 2017 22:29
1 742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bukzon Kitab Evində şairə Hədiyyə Şəfaqətin “Qapı” şeirlər kitabının imza günü keçirilib.

Teleqraf.com xəbər verir ki, Kitabsevərlər qrupunun təşkil etdiyi tədbirdə oxucularla yanaşı, xeyli sənət və ədəbiyyat adamı da iştirak edib.

Qonaqlar arasında ədəbiyyatşünas Rəhim Əliyev, Svetlana Turan, Rəbiqə Nazimqızı, Çinarə Ömray, Aslan Quliyev, yazıçı Yaşar Bünyad, Pərviz Cəbrayıl, şair Zahid Sarıtorpaq, Ramilə Qardaşxanqızı, Şərif Ağayar və s. çıxış edərək müəllif və onun yaradıcılığı haqqında maraqlı nitq söyləyiblər. Ardınca “Qapı” kitabına düşən şeirlərdən hərə öz xoşladığını səsləndirib. Hədiyyə Şəfaqət oxucularıyla söhbətləşib, onların kitablarını imzalayıb.

Qeyd edək ki, Hədiyyə Şəfaqətin bir müddət öncə işıq üzü görən “Qapı” kitabına müəllifin son dövrlərdə yazdığı və oxucular tərəfindən sevilən şeirləri yer alıb. Maraqla qarşılanan “Qapı” indi şəhərin bir çox kitab dükanlarında satışdadır.


Müəllif: Teleqraf.com