3 Oktyabr 2017 16:18
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün (oktyabrın 3–7 tarixləri arasında) İstanbulda Bəyoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalı başlayır.

Teleqraf.com xəbər verir ki, festivalda 42 ölkədən təxminən 300 qonaq şair iştirak edəcək. İspaniya, Almaniya, Belçika, İtaliya, Rumıniya, Macarıstan, İraq, Hindistandan iştirakçıları olan festivalda ölkəmizi tanınmış şairlər Şəhriyar Del Gerani və Fərid Hüseyn təmsil edəcək. Şəhriyar Del Gerani açılış mərasimində şeir deyəcək və ölkələrarası ədəbi əlaqələrdən danışacaq.

Festivalın ilk günü Grand Perada Gültən Akın, Cəmal Sürəyya, Rasim Özdənörən kimi məşhur türk yazar və şairlərin gənc yaşlarında yazdıqları ilk əsərləri "İlk Əsərlər Sərgisi" adı ilə ədəbiyyatsevərlərə təqdim olunacaq.


Müəllif: Şəfiqə