10 Oktyabr 2017 22:42
1 968
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qiraətçi"də Elçin Aslangilin ithafıyla "Onlar ki şairdirlər"...

Teleqraf.com təqdim edir:

Bu şeir - "Onlar ki şairdirlər" onlar üçün yazılıb və Nizami Gəncəviyə, Pablo Nerudaya, Nazim Hikmətə, Əli Kərimə, Eldar Baxışa, Vaqif Səmədoğluna, Cəlil Cavanşirə, Pərviz Cəbrayıla, Salam Sarvana, Xanəmir Telmanoğluna, Murad Köhnəqalaya, Aqşin Yeniseyə, Elşən Əzimə, Qismətə, Elçin Aslangilə, Aqşin Evrənə, Anar Gülümsoya ithaf edilib.

Onlar ki şairdirlər

Onlar,
Olanları,
Heç bir zaman olmayacaqları və olacaqları
Qadın bədənində yaşayırlar,
Boşalan şüşələrlə öldürürlər.
Onlar ki,
Şairdirlər,
Yəni, bizlər...

Bizlər ki,
Hamıdan, hər şeydən bir az varıq -
Ağacdan bir yarpaq,
Göydən bir parça bulud,
Ümidsiz sabahlardan
Gümansız mərmi...
Cənab şeir,
Güllələnmiş on səkkiz yaşlı əsgərin köynəyi bil, bizi...

O köynək ki,
Bir parça kağız qoxulu,
Döş cibində bir misra məktub yuxulu,
Bir dodaqda öpüş kimi,
Bir neçə damla göz yaşı...
Və boz sabahları başqasının qollarında qaralayan sevgili-
Söymək,
Yamsılamaq evdar qadını...

Bizlər ki,
Məkirli bankirlərin,
Xəsis monopoliyanın
qollarını burmağa çalışdığı qızcığazın satdığı suyuq;
Yəni bizlər,
Yəni şairlər,
Çoxunu yaşayıb, azını ölənlər...

Onlar,
Olanları,
Heç bir zaman olmayacaqları və olacaqları
Qadın bədənində yaşayırlar,
Boşalan şüşələrlə öldürürlər
Bir ədəd şeir üçün.


Müəllif: Teleqraf.com