22 Noyabr 2017 19:39
1 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbrizdə noyabrın 21-də “Füzuli Məclisi” adı ilə keçirilməli olan ədəbi məclis baş tutmayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Təbrizdə hər həftə Azərbaycan ədəbiyyatının klassiklərinin yaradıcılığına həsr olunmuş silsilə ədəbi məclislər keçirilir. Buhəftəki məclis isə Azərbaycan və türk dünyasının görkəmli şairi Məhəmməd Füzulinin yaradıcılığına həsr olunub, lakin təhlükəsizlik qüvvələri məclisin keçirilməsinə mane olub.

Ədəbi məclis çərşənbə axşamı, yerli vaxtla saat 17:00-da Təbrizin Şəhid Avini salonunda keçirilməli idi.
Təbrizdə keçirilən ədəbi məclislərdə sadəcə türk ədəbiyyatının klassiklərinin yaradıcılığından bəhs olunur. Bu məclislərin tamamilə siyasətdən uzaq olmasına baxmayaraq, rejim Azərbaycan ədəbiyyatı və kimliyi uğrunda atılan istənilən addımı öz əleyhinə, həmçinin fars dili və mədəniyyətinə zidd hesab etdiyi üçün belə tədbirlərə maneçilik yaradır.

“Füzuli Məclisi”nin əsas təşkilatçılarından olan Fərman Fərzi video vasitəsi ilə tədbirin baş tutmayacağını öncədən bildirib. O, ədəbi məclisin keçirilməsinə hansı orqanın mane olduğunu və bunun səbəbləri barədə heç bir məlumat verməyib.


Müəllif: Samir