7 Mart 2018 17:10
1 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövlud Mövlud Mükafatı hekayə müsabiqəsinin qısa siyahısı açıqlanıb.

Bu barədə Kult.az-a Təşkilat Komitəsindən məlumat verilib.

Təşkilat Komitəsinin sədri Aqşin Evrənin sözlərinə görə, münsiflərin verdiyi ballar hesablanıb və onluğa düşən hekayələr müəyyən edilib:

“Əvvəlcədən elan edildiyi kimi, müsabiqənin 4 qalibi olacaq. Onlarından üçünü münsiflər, birini isə onlayn səsvermədə oxucular seçəcək. Onlayn səsverməyə buraxılan hekayələri münsiflərin versiyi xala uyğun olaraq müəyyən etdik. Lakin 4 hekayə eyni balı topladığı üçün səsverməyə 10 yox, 13 hekayəni buraxmalı olduq. Onlayn səsvermə bu gündən başlayır. Oxucular qısa siyahıdakı hekayələrə səs verərək, öz qaliblərini seçə bilərlər.

Bundan başqa, münsiflərin verdiyi ballara əsasən artıq müsabiqənin qalibləri (ilk üçlük) də müəyyən edilib. Qaliblərin adları Mövlud Mövlud Mükafatı hekayə müsabiqəsinin mükafatlandırma mərasimində açıqlanacaq. Mükafatlandırma mərasiminin nə vaxt keçiriləcəyi haqda yaxın günlərdə məlumat veriləcək”.

Qeyd edək ki, onlayn səsvermənin qalibi diplom, eləcə də planşet və ya mobil telefonla mükafatlandırılacaq.

Oxucular bu LİNK-ə daxil olaraq, bəyəndikləri hekayəyə səs verərək, qalibi seçə bilərlər.


Müəllif: Teleqraf.com