2 May 2017 16:22
2 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meqa-star Tarkanla yanaşı dünyaca məşhur ulduzlar Nikol Şerzinger və “The Black Eyed Peas” qrupu 2017 Formula 1 Azərbaycan Qran Prisinin azarkeşlərinə canlı konsert verəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Teleqraf.com-a verilən məlumata görə, iyunun 24-ü axşam saatlarında dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnəyə əvvəlcə Nikol Şerzinger, onun ardınca isə “The Black Eyed Peas” qrupunun üzvləri çıxacaqlar. Ulduzlar yarışı izləməyə gələn Formula- 1 azarkeşləri üçün gözəl musiqi nümunələri səsləndirəcəklər.

BŞH-nin icraçı direktoru Arif Rəhimov hər iki iştirakçının 2017 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində canlı konsert proqramı ilə çıxış etmək üçün Bakıya edəcəyi səfərdən böyük məmnunluq duyduğunu bildirib: “Musiqi dünyasının ən çox tanınan ulduzlarının Bakıya konsert proqramı üçün gəlişi bizi çox sevindirir və qürurlandırır. “The Black Eyed Peas” qrupunun hər bir üzvü və Nikol Şerzinger özünü isbat etmiş dünya ulduzlarıdır. Musiqi ilə Formula-1 hər zaman bir arada olmaqla yanaşı öz yaradıcı sərhədlərini aşmağa çalışır. Ulduzların adlarının elan olunması bu baxımdan sözügedən möhtəşəm ənənəni davam etdirir. Bu səbəbdən 2017 Formula-1 Azərbaycan Qran Prisini qaçırmaq olmaz və biz iyun ayında Bakıda baş tutacaq yarış həyəcanı və əyləncə coşğusunu birlikdə yaşamaq üçün hamınızı indidən səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, bu il Bakıda keçiriləcək növbəti Formula 1 yarışı 23-25 iyun tarixlərinə təsadüf edir.

Nərgiz


Müəllif: