7 İyun 2017 01:42
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

23-25 iyun tarixləri arasında Bakıda keçiriləcək "Formula 1” yarışlarına az qalmış trekin keçdiyi ərazilərdə yarış zolağına baxan eyvanlara maraq artıb.

Teleqraf.com "Xəzər xəbər"-ə istinadən xəbər verir ki, həmin evlərin sakinləri belə eyvanları icarəyə vermək üçün hazırlıqlara başlayıblar.

Onlar artıq müştəri axtarışına da çıxıblar. Belə eyvanlardan yarışı izləyənlərə çay, kofe, hətta istəsələr yemək də təklif olunacaq.

Qiymətlər isə qarşılıqlı razılıq əsasında müəyyənləşdiriləcək. Üstəlik, eyvanlarda televizor da qoyulacaq ki, qonaqlar trekin görünməyən ərazilərini izləyə bilsinlər.

"Formula 1” əməliyyat komitəsinin sözçüsü Nigar Arpadarai bildirib ki, belə eyvanların sakinlər tərəfindən icarəyə verilməsində heç bir qadağa yoxdur. Sadəcə ev sahibləri hər hansı yad əşyanın oyun zolağına atılmamasına diqqət etməlidirlər. Əks halda bu şəxslər məsuliyyətə cəlb ediləcəklər.


Müəllif: Teleqraf.com