13 İyun 2017 01:57
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mersedes" komandasının britaniyalı pilotu Luis Hemilton Formula 1-in Kanada Qran Prisinin qalibi olub.

Teleqraf.com-un xəbərinə görə, ikinci yeri onun komanda yoldaşı Valtteri Bottas tutub. Üçüncü yerdə isə "Red Bull" təmsilçisi Daniel Rikkardo qərarlaşıb.

Formula 1-in ümumi hesabı üzrə ikinci yeri tutan Luis Hemiltonun 32 yaşı var və o, dəfələrlə müxtəlif rekordlara imza atıb.

Qeyd edək ki, qran-prinin növbəti mərhələsi 23-25 iyun tarixlərində Azərbaycanda keçiriləcək.


Müəllif: Könül Əlibəyli