24 İyun 2017 12:01
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

“McLaren Honda” komandasının pilotu Fernando Alonso 2018-ci ildə yarışacağı komandanı seçərkən qumar oynamayacağını açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, karyerası ərzində komanda seçərkən böyük səhvlər edən Formula 1-in ulduz səfiri olmuş Fernando Alonso gələn il qalib gəlmək istədiyini deyib:

“Daha qumar oynamaq istəmirəm. Getdiyim yer hara olursa-olsun, özümü güvəndə hiss etmək istəyirəm. Mənim üçün hər şey aydındır. Buna görə də “McLaren Honda”nın növbəti aylardakı performansını gözləməliyəm.

Hələ də heç bir plan qurmamışam. “McLaren” mənim sevdiyim və 3 ildir çıxış etdiyim komandadır. Görək nə baş verir”.

Gələn il üçün bir sıra dəyişikliyin olacağını qeyd edən Alonso ən düzgün qərarı verməyə çalışacağını bildirib: “Ümid edirəm ki, McLaren növbəti mövsüm güclü olacaq. İndi sadəcə qalib gəlməklə maraqlanıram”.


Müəllif: Nərgiz