24 İyun 2017 12:11
203

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 avtomobil yarışları üzrə ilkin yarışa start verilib.

Teleqraf.com xəbər verir ki, yarışda 10 komandanı təmsil edən 20 pilot iştirak edir.

Yarış iştirakçıları 29 dövrə və ya 65 dəqiqə mübarizə aparacaq.

Hazırda Şarl Lekler (Monako, Prema Racing), Antonio Fuoko (İtaliya, Prema Racing), Luiz Deletraz (İsveçrə, Racing Engineering), Qustav Malya (İsveç, Racing Engineering), Luka Qiotto (İtaliya, RUSSIAN TIME), Artyom Markelov (Rusiya, RUSSIAN TIME), Nobuharu Matsuşita (Yaponiya, ART Grand Prix), Sergey Sirotkin (Rusiya, ART Grand Prix), Oliver Rouland (Böyük Britaniya, DAMS), Nikolas Latifi (Kanada, DAMS), Ralf Boşunq (İsveçrə, Campos Racing), Robert Visou (Rumıniya, Campos Racing), Sergio Sette Kamara (Braziliya, MP Motorsport), Cordan Kinq (Böyük Britaniya, MP Motorsport), Nabil Ceffri (Malayziya, Trident), Sergio Kanamasaz (İspaniya, Trident), Nik De Vries (Niderland, Rapax), Coni Sekotto (Venesuela, Rapax), Norman Nato (Fransa, Pertamina Arden) və Şon Gelael (İndoneziya, Pertamina Arden) qüvvələrini sınayır.

Qeyd edək ki, Bakıda Formula 2 yarışının 7-8-ci mərhələlələrinin sıralama turu keçirilib.

Sıralama turunda ən yaxşı nəticəni “Prema Racing” komandasından Şarl Lekler göstərib - 1:52.129.

Nobuharu Matsuşita (Yaponiya, ART Grand Prix) ikinci, Nikolas Latifi (Kanada, DAMS) isə üçüncü olub.


Müəllif: Nərgiz