24 İyun 2017 13:17

13:12

Bakıda keçirilən Formula 2 yarışının VII mərhələləsində iki qəza olub.

Teleqraf.com xəbər verir ki, “Prema Racing”in pilotu Antonio Fuoko əvvəlcə bolidini rəqibin maşınına vurub, daha sonra təhlükəsizlik baryerinə çırpılıb.

Qəza nəticəsində italiyalı pilot mübarizəni yarımçıq dayandırmalı olub.

Fuokonun bolidi kran vasitəsilə trasdan götürülüb.

“Rapax” komandasının üzvü Coni Sekotto da bolidini səddə çırpıb və yarışı tərk edib.

***

Bakıda keçirilən Formula 2 üzrə yarışlarının ilkin mərhələsində daha bir qəza baş verib.

Teleqraf.com-un məlumatına görə, üç bolidin iştirakı ilə baş verən ən təhlükəli döngə hesab olunan Qız Qalası yaxınlığındakı 8-ci döngədə olub.

"Pertamina Arden" komandasının pilotu Şon Gelaelın idarə etdiyi bolid divara çırpılıb.

Qəza nəticəsində arxadan gələn digər pilotlar Gelaelın bolidi ilə toqquşaraq hərəkəti dayandırıblar.

Bolidləri yenidən trassa qaytarmaq üçün əraziyə marşallar cəlb olunub.


Müəllif: Nərgiz
Загрузка...