25 İyun 2017 10:23
1 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Formula 1 Azərbaycan Qran Prisinin həlledici günüdür.

Teleqraf.com xəbər verir ki, bu gün Formula 2 yarışlarında ikinci mərhələ təşkil olunacaq, ardınca əsas mübarizəyə hazırlıq başlayacaq. Pilotların paradı, Grid təqdimatı olacaq və Azərbaycan himni səslənəcək. Saat 17:00-da Qran Prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması və Meraya Kerinin konserti nəzərdə tutulub.

Pilotların start düzülüşü aşağıdakı kimidir:

1. Luis Hamilton (“Mercedes”)
2. Valtteri Bottas (“Mercedes”)
3. Kimi Raykkonen (“Ferrari”)
4. Sebastian Fettel (“Ferrari”)
5. Maks Ferstappen (“Red Bull Racing”)
6. Serxio Peres (“Force India”)
7. Esteban Okon (“Force India”)
8. Lans Stroll (“Williams”)
9. Felipe Massa (“Williams”)
10. Daniel Rikkiardo (“Red Bull Racing”)

Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Bolidlər buradan başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. İndiki qaydalara əsasən bolidlərin eni 20 sm artırılıb.

Xatırladaq ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib və bu gün başa çatır.


Müəllif: Nərgiz