25 İyun 2017 14:25
218

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə yarışların VIII mərhələsi başlayıb.

Teleqraf.com xəbər verir ki, yarışda 10 komandanı təmsil edən 20 pilot iştirak edir. Yarış iştirakçıları 12 dövrə və ya 50 dəqiqə mübarizə aparacaq.

Bakı trekində Şarl Lekler (Monako, Prema Racing), Antonio Fuoko (İtaliya, Prema Racing), Luiz Deletraz (İsveçrə, Racing Engineering), Qustav Malya (İsveç, Racing Engineering), Luka Qiotto (İtaliya, RUSSIAN TIME), Artyom Markelov (Rusiya, RUSSIAN TIME), Nobuharu Matsuşita (Yaponiya, ART Grand Prix), Sergey Sirotkin (Rusiya, ART Grand Prix), Oliver Rouland (Böyük Britaniya, DAMS), Nikolas Latifi (Kanada, DAMS), Ralf Boşunq (İsveçrə, Campos Racing), Robert Visou (Rumıniya, Campos Racing), Sergio Sette Kamara (Braziliya, MP Motorsport), Cordan Kinq (Böyük Britaniya, MP Motorsport), Nabil Ceffri (Malayziya, Trident), Sergio Kanamasaz (İspaniya, Trident), Nik De Vries (Niderland, Rapax), Coni Sekotto (Venesuela, Rapax), Norman Nato (Fransa, Pertamina Arden) və Şon Gelael (İndoneziya, Pertamina Arden) qüvvələrini sınayır.

Qeyd edək ki, ötən gün Formula 2 üzrə yarışların VII mərhələsi başa çatıb. Bu mərhələdə “Prema Racing” komandasının sürücüsü Şarl Lekler 1:54:025 göstərici ilə hamıdan üstün olub. İkinci yerdə “Rapax” komandasının üzvü Nik De Vries, üçüncü yerdə isə “DAMS” komandasının üzvü Nikolas Latifi qərarlaşıb.


Müəllif: Nərgiz