25 İyun 2017 15:15
1 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən Formula 2 üzrə ikinci yarış (8-ci mərhələ) başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu mərhələdə “Pertamina Arden” komandasının sürücüsü Norman Nato 40:37.601 göstərici ilə hamını üstələyib. İkinci yeri “Prema Racing” komandasının üzvü Şarl Lekler, üçüncü yeri isə “DAMS” komandasının pilotu Nikolas Latifi tutub.

Qalibə mükafatı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təqdim edib.

Digər iştirakçılar isə aşağıdakı ardıcıllıqla sıralanıb.

4. Cordan Kinq (Böyük Britaniya, MP Motorsport)
5. Sergey Sirotkin (Rusiya, ART Grand Prix)
6. Artyom Markelov (Rusiya, RUSSIAN TIME)
7. Nobuharu Matsuşita (Yaponiya, ART Grand Prix)
8. Luka Qiotto (İtaliya, RUSSIAN TIME)
9. Ralf Boşunq (İsveçrə, Campos Racing)
10. Sergio Sette Kamara (Braziliya, MP Motorsport)


Müəllif: Nərgiz