9 Aprel 2018 11:42
2 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Formula 1" yarışı ilə əlaqədar aparılan hazırlıq işləri son yarış həftəsinə qədər davam edəcək.

Bunu Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, bütün hazırlıq işləri qrafikə uyğun olaraq, mərhələli şəkildə aparılır: "Artıq tribunalar hazırdır. İndi bulvar ərazisində əyləncə qurğuları quraşdırılır. Son işlərimiz məhz yarış həftəsi zamanı - yollar bağlandıqdan sonra görüləcək".

N.Arpadarai əlavə edib ki, yarış üçün biletlərin satışı çox yaxşı gedir: "Tribunalara demək olar ki, biletlər qalmayıb".

N.Arpadarai builki yarış zamanı əyləncə proqramının çox zəngin olacağını da söyləyib. Əyləncə proqramında 6 dünya ulduzu iştirak edəcək.

***

Aprelin 25-dən mayın 1-dək dənizkənarı bulvarın Dəniz vağzalından Azneft dairəsinədək olan hissəsinə giriş bağlı olacaq.

Bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.

N.Arpadarainin sözlərinə görə, aprelin 26-sı saat 13:00-dan etibarən yarış günlərində yalnız bilet sahiblərinin bu giriş-çıxışına icazə veriləcək.

“Şəhər sakinləri və qonaqlar qeyd olunan günlər ərzində “Park Bulvar” alış-veriş mərkəzindən istifadə edə biləcəklər. Həmçinin bu il konsert və əyləncə proqramlarının Kristal Zalında keçirilməsi ilə əlaqədar olaraq Azneft dairəsindən Dövlət Bayrağı meydanına qədər olan yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Yalnız icazə sənədinə malik nəqliyyat vasitələri bu əraziyə buraxılacaqlar”, - deyə N.Arpadarai əlavə edib.

N.Arpadarai onu da əlavə edib ki, Qran Pri həftəsi zamanı piyadaların hərəkətinə heç bir məhdudiyyət olmayacaq. Piyadalar həm yeraltı, həm də yerüstü keçidlərdən istifadə edə biləcəklər./APA/


Müəllif: Teleqraf.com