23 Aprel 2014 10:43
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirdə 3-cü tura yekun vurulub. Teleqraf.com xəbər verir ki, ilk 2 turda qalib gələn dünya çempionu Maqnus Karlsen bu dəfə Sergey Karyakinlə bərabərə qalıb. Teymur Rəcəbovla Fabiano Karuana da “sülh” bağlayıblar. Şəhriyar Məmmədyarov isə Hikaru Nakamuraya məğlub olub.

Maqnus Karlsen 3-cü turda Sergey Karyakinlə heç-heçədən sonra mətbuat konfransında jurnalistlərin suallarına cavab verib. Dünya çempionu hesabat turundakı oyunla bağlı bunları deyib: "Debütdən sonra hər ikimiz nəticəyə oynayırdıq.Mürəkkəb oyun alınmışdı. Sona yaxın daha uğurlu gediş yox idi. Ona görə heç-heçə münasib nəticə oldu. Ardıcıl ikinci dəfə 6 saata yaxın mübarizə apardım. Bu partiyaya görə heç-heçə yaxşı nəticədir".

Rusiya təmsilçisi Sergey Karyakin isə Maqnus Karlsenlə görüşə 5 saat hazırlaşdığını söyləyib: "Yaxşı başlasam da, 17-ci gedişdən sonra təhlükələr başladı. Karlsen məni məğlubiyyətə sürükləyirdi. Onunla oyuna 5 saat hazırlaşmışdım. Bununla belə oyun zamanı bəzi gedişləri edəndə çətinlik çəkdim. Heç-heçə normal nəticədir.Fikrimcə növbəti partiya haqda daha ciddi düşünmək lazımdır".


Müəllif: