23 Aprel 2014 22:15
7 120

Cazibədar vücudu ilə seçilən dünya ulduzları indi səsləri ilə yanaşı bədən ölçüləri ilə rəqabətə başlayıb. Əvvəllər məşhurlar iri baldırlarını gizlətməyə çalışırdısa, artıq ulduzların böyük ölçülü ombası dəb halını alıb. Məşhurların sayəsində sadə qadınlar da baldırının böyük olmasına çalışır, bu hal epidemiya xarakteri almağa başlayıb.

Teleqraf.com-un məlumatına görə, İngiltərədə dəb jurnallarından biri 10 ən məşhurun bel və budunun ölçülərini təqdim edib. Birinci yeri repçi Ays Tinin həyat yoldaşı 58 sm beli olan Koko Austin tutub.

Onun ombası 102 sm-dir. 66 sm beli olan müğənni Nikki Minajın baldırının ölçüsü 114 sm-dir. Ayqi Azaleanın bel çevrəsi 58.5 sm, budu isə 94 sm-dir. Kim Kardaşyanın beli 66, məşhur budları isə 101 sm-dir. Müğənni Beyonsun bel ətrafı 63.5 sm, baldırı 96.5 sm təşkil edir. Blək Çiynanın beli 68 sm, ombaları isə 104 sm-dir. Cennifer Lopezin bel çevrəsi 66, ombası 96.5 sm-dir. Amber Rouzun beli 69, baldırı 96.5 sm-dir. Axırıncı yeri 60 sm beli və 80 sm ombası olan Rihanna tutub.


Müəllif: