26 Aprel 2014 15:00
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Shamkir Chess 2014” turnirinin istirahət günündə şahmatçılar üçün Şəmkirə gəzinti təşkil olunub.

Teleqraf.com xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Sergey Karyakin Zəka Gənclər Mərkəzində 12 lövhədə uşaqlara seans keçib. Karyakinlə Rəcəbov 1 görüşdə heç-heçə oynamaqla 3-də qalib gəlib. Şəhriyar Məmmədyarov isə bütün partiyaları heç-heçəylə başa vurub.

Sonra qonaqlar Bayraq meydanı və muzeyində olub. Muzey barədə ətraflı məlumatdan sonra Karyakin, Rəcəbov və Məmmədyarov xatirə kitabında ürək sözlərini yazıb.


Müəllif: