12 Avqust 2014 15:56
2 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dünyasını dəyişən Şuşa sakinlərinin baş daşlarında onların doğma şəhərinin adları həkk olunur. Teleqraf.com xəbər verir ki, artıq bu, ənənə halını alıb. Pirşağı qəbiristanlığında belə qəbirlər çoxdur.

Azərbaycanın mədəniyyət beşiyi Şuşa 8 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 289 kvadrat kilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək sakin yaşayıb. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri əlil, qalanlar da didərgin olub.

Ayxan


Müəllif: