28 Aprel 2014 00:10
1 771

Bu gün Bakıda Azərbaycan Kikboksinq üzrə beynəlxalq turnir keçirilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Facebook sosial şəbəkəsində məlumat yayıb. O, yarışdan fotolar yayımlayıb.

Yarışda ölkəmizin idman şərəfini kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandamızın üzvləri qoruyub. Təmsilçilər arasında Zöhrab Əzimov, Vüsal Abbsov, Edvard Məmmədov, Xəyal Əhmədov, Sərxan Oruclu, Azər Abbasov, Araz Pirməmmədov, Təbriz Balaxanov, Vabid Astapuk və digər idmançılarımız da yer alıb. Ümumilikdə 11 döyüş üzrə keçirilən turnirə Azərbaycan, Almaniya, Hollandiya, Gürcastandan 22 idmançı qatılıb.


Müəllif: