18 İyun 2014 10:59
2 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq müdafiəçisi Arzu Abdullayeva erməni həmkarı Karen Ohanjanyan ilə şəkil çəkdirib. Fotoaparat qarşısında qol-boyun olan hüquq müdafiəçiləri arasında səmimi dostluq münasibətlərinin hökm sürdüyünü demək mümkündür. Amma Azərbaycan və Ermənistan cəmiyyətlərində bu cür görüntülər birmənalı qarşılanmır.

“Facebook” sosial şəbəkəsində azərbaycanlı hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva ilə "Helsinki Təşəbbüsü - 92" komitəsinin koordinatoru, Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndələrindən biri, erməni Karen Ohanjanyanın birgə fotosu müzakirə olunmaqdadır.

Gürcüstanın paytaxtı Tiflisdəki "Starıy Tbilisi" otelinin qarşısında çəkilən fotonu Ohancanyan özü Abdullayevanın səhifəsində paylaşıb.

Xatırladaq ki, Karen Ohancanyan bir müddət əvvəl Bakıya Helsinki Vətəndaş Assambleyasının nümayəndə heyətinin tərkibində Bakıya səfər etmişdi. Karen geri dönərkən Baklı aeroportunda döyülmüşdü.

Ayxan


Müəllif: