26 İyun 2014 12:29
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib ki, bu gün axşama doğru Bakıda və Abşeron yarımadasında küləyin sürəti azalacaq. Havanın temperaturu dünənlə müqayisədə 2-3 dərəcə yüksələcək.

İyunun 26-da havanın isti keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 35 dərəcəyə çatacağı ehtimalı var.
Azərbaycanın Aran rayonlarında isə sabah 38 dərəcə isti proqnozlaşdırılır.

U.Tağıyeva bildirib ki, iyunun 23 və 24-də ölkə ərazisində müşahidə edilən temperatur iqlim norması daxilində olub.

Qeyd edək ki, son bir neçə gün ərzində Azərbaycanda nisbətən sərin və küləkli hava şəraiti müşahidə edilir./trend/


Müəllif: