26 İyun 2014 14:08
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadın Türkiyə vətəndaşını məhkəməyə verib.

Teleqraf.com ans press-ə istinadən bildirir ki, R.A adlı qadın Ankarada məhkəməyə müraciət edərək uşaq üçün aliment tələb edib.

Məhkəmə qadınıən iddiasını qəbul edib və atalıq haqqında proses başlayıb. K.Y isə DNT testindən keçməkdən imtina edib. Məhkəmənin qərarı ananın xeyrinə olub və atanın uşağı üçün aylıq 300 lirə aliment verməsi qərarlaşdırlıb.

K.Y. türk məhkəməsi əvəzinə Azərbaycan məhkəməsindən uşağın bioloji atası olmamasına dair qərar əldə etsə də, bu qərarın Türkiyədə yerinə yetirilməsi üçün lazım olan tanınma haqqında sənədi almayıb. Bunun üçün də Azərbaycan məhkəməsinin qərarı qəbul edilməyib.

Bu müddət ərzində isə qadın ikinci dəfə məhkəməyə müraciət edərək alimentin artırılmasını istəyib. Kişi Azərbaycandan aldığı qərarları məhkəməyə təqdim edərək qadını oğurluqda ittiham edib. "Bu qadın spermalarımı oğurladı".


Müəllif: