22 İyun 2014 11:25
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizində daha bir zəlzələ hadisəsi qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə,zəlzələ iyunun 21 saat 01:20:53-də 24 km dərinlikdə baş verib. Zəlzələnin maqnitudasının 3,2 bal təşkil etdiyi bildirilir.

Yeraltı təkanlar hiss olunmayıb.

Xatırladaq ki, ötən gün də Xəzər dənizində zəlzələ baş verib. 54 km dərinlikdə baş vermiş yeraltı təkanlar hiss edilməyib.

Zəlzələ nəticəsində dağıntı və insan tələfatı qeydə alınmayıb.


Müəllif: