22 İyun 2014 23:55
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 22-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının sədarət komitəsinin iclası keçirilib.

Teleqraf.com AzərTAc-a istinadən xəbər verir ki, iclasda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun müəllifliyi ilə təqdim olunmuş “Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinə dair” qətnamə layihəsi müzakirə edilib.

Qətnamə layihəsində Azərbaycan ərazilərinin işğalına son qoyulana qədər Ermənistan nümayəndə heyətinə sanksiyalar tətbiq olunması, AŞPA-da Ermənistan nümayəndə heyətinin səsvermə hüququnun dayandırılması və rəhbər orqanlardan çıxarılması tələb edilir.

Sədarət komitəsi Assambleyanın prosedura qaydalarına əsasən qətnamə layihəsinin növbəti mərhələdə müzakirəsi və müvafiq qərarın qəbulu üçün AŞPA Bürosuna göndərilməsi barədə qərar qəbul edib.

AŞPA Bürosunun iyunun 27-də keçiriləcək iclasında qətnamə layihəsi ilə əlaqədar yekun qərar qəbul olunacaqdır.


Müəllif: