1 İyul 2016 00:44
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentləri ilə üçtərəfli görüşün yekunları barədə Fransa prezidenti Fransua Ollanda məlumat verib.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: "Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədr dövlətinin rəhbəri kimi Fransua Ollanda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə və Serj Sarkisyan ilə iyunun 20-də Sankt-Peterburqda keçirilən üçtərəfli görüşün yekunları barədə məlumat verib".

Məlumatda həmçinin qeyd olunur ki, Rusiya və Fransa liderləri bu görüşdə əldə olunan nəticələrin sülh prosesinin irəliləməsinə kömək edəcəyinə ümidvar olduqlarını bildiriblər. Tərəflər ATƏT-in Minsk qrupu çərçivəsində bu vacib istiqamətdə fəal birgə işi davam etdirməyi razılaşdırıblar.


Müəllif: