2 İyul 2016 10:30
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müstəqillik illərində cinayəkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2613 nəfər xəsarət alıb”.

Bunu bu gün Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü ilə bağlı keçirilən tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov söyləyib.

R.Usubov deyib ki, 1988-ci ildə Ermənistanın hərbi təcavüzünə qarşı ilk olaraq rəşadətlə döyüşən yeganə nizami qüvvə milis, sonrakı illərdə isə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə DİN-in 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710 nəfər yaralanıb. Göstərdiyi şücaət və igidliyə görə 67 nəfər Milli Qəhrəman adına, 1143 nəfər orden və medallara layiq görülüb.

“Azərbaycanda sabitlik və ictimai təhlükəsizlik yüksək səviyyədə qorunur. Azərbaycan Avropada sabitlik və təhlükəsizliyin qorunması sahəsində fərqlənir”.

Bunu da general-polkovnik Ramil Usubov bildirib.

R.Usubov deyib ki, bu illər ərzində cinayətlərin açılması orta hesabla 88 faiz olub: “Ağır və xüsusi ilə ağır cinayətlər törətmiş 3 mindən çox cinayətkar qrup zərərsizləşdirilib, 15 mindən çox odlu silah yığılaraq təhvil verilib. Qeydə alınan cinayətlərin 88 faizi böyük ictimai təhlükə törətməyib, yalnız 12 faizi ağır və xüsusi ilə ağır cinayətlər olub”. (“APA”)


Müəllif: