8 İyul 2016 12:45
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın paytaxtı Varşada NATO sammiti başlayıb.

Sammiti giriş sözü ilə Polşa prezidenti Andjey Duda açıb. O, NATO-nun sərhədlərində stabilliyin təmin edilməsindən və Ukrayna, Gürcüstan və Moldovanın Alyansa üzv olmasından danışıb.

Daha sonra NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib. Stoltenberqin sözlərinə görə, ötən müddət ərzində bu problemlərlə mübarizə aparmaq üçün NATO gücü üç dəfə artıb. O çıxışı zamanı terrorçuluqla mübarizə və dünyadakı münaqişələr məsələlərinə də diqqət çəkib.

Saat 09:55

Bu gün NATO-ya üzv ölkələrin liderləri Polşanın paytaxtı Varşavada bir araya gələcək.

İki gün davam edəcək sammit zamanı təşkilat çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, Rusiya ilə münasibətlər, terrorizmə qarşı mübarizə, Gürcüstan və Moldovanın müdafiə imkanlarının gücləndirilməsinə dəstək məsələsi müzakirə ediləcək.

Varşavada keçiriləcək NATO sammitində 18 prezident, 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə nazirinin iştirak edəcəyi gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün Polşaya işgüzar səfərə gedib.


Müəllif: