9 İyul 2016 02:33
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 8-də Varşavada Azərbaycan prezidenti İlham Əliyevin Polşa prezidenti Andjey Duda ilə görüşü olub.


APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib.

Azərbaycan ilə Polşa arasında ötən dövrdə əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. Müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, enerji, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycanın NATO və Avropa İttifaqı ilə əməkdaşlığı, Əfqanıstana müxtəlif sahələrdə Azərbaycanın dəstəyi və bir sıra digər məsələlər müzakirə olunub.


Müəllif: