9 İyul 2016 03:35
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Con Kerri Varşavada NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə görüşlərdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Vaşinqtonda keçirilən gündəlik brifinqdə deyib.

"Dövlət katibi tərəfləri Vyana və Sankt-Peterburqda keçirilən görüşlərdə əldə olunan öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. O, bir daha ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanması üzrə danışıqlar prosesini dəstəklədiyini bildirib”, deyə C.Kirbi qeyd edib.


Müəllif: