11 İyul 2016 19:46

Roma Papası Fransisk oktyabrın 2-də Bakıya səfər edəcək.

Teleqraf.com Vatikanın rəsmi saytına istinadən xəbər verir ki, Roma Papası ilk olaraq, sentyabrın 30-da Tiflisə rəsmi səfərə gələcək.

Bakıya səfəri çərçivəsində Fransisk Heydər Əliyev mərkəzini və Heydər Əliyev məscidini ziyarət edəcək. Ropa Papasının Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılıb.

Samir


Müəllif:
Загрузка...