24 İyun 2014 11:44
811

Bu gün Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin doğum günüdür.

Teleqraf.com Elçibəyin Bakıdakı və Kələkidəki evində çəkilmiş və mediada indiyədək yayılmayan fotoları təqdim edir.

Qeyd edək ki, arxivimizdəki fotolarda mətbuatda çox nadir hallarda görünən Elçibəyin qızı və övladları da var.

Atasının doğum günü münasibətilə Türkiyədən Azərbaycana gələn Çilənay Səmədbəyli övladları, anası Həlimə Əliyeva və ailənin yaxınları ilə birgə səhər saatlarında Elçibəyin Fəxri Xiyabandakı məzarını ziyarət edib.

Xatırladaq ki, Ç.Səmədbəyli ailəsi ilə birgə bir müddətdir Türkiyədə yaşayır. Onlar hər il Elçibəyin doğum günü ərəfəsində vətənə qayıdır.

Qeyd edək ki, Kələkidə də Elçibəyin doğum günü qeyd olunur. Elçibəyin silahdaşları və kənd əhli onun evini ziyarət edir, bu günü bayram kimi keçirir.

Nərgiz


Müəllif: