24 İyun 2014 12:18
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda növbəti tədris ili üçün orta məktəb və peşə liseylərində 3 000-dək vakant müəllim yerinə işə qəbul elan ediləcək.

Təhsil Nazirlikdən bildirilib ki, vakant müəllim yerləri barədə məlumatlar iyulun 1-də açıqlanacaq.

Növbəti tədris ili üzrə 1149 nəfər müəllim iş yerlərini dəyişmək üçün elektron ərizə ilə nazirliyə müraciət edib. Onlardan 742 nəfərin ərizəsi təsdiq olunub və müsabiqəyə buraxılıb.

İş yerlərini dəyişmək istəyən müəllimlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili, riyaziyyat və tarix müəllimləri üstünlük təşkil edir.

Müraciətlərin əksəriyyəti Bakı şəhərinə yerdəyişmə üçün edilib. Bununla yanaşı, iş yerinin bir rayondan digərinə dəyişdirilməsi ilə bağlı müraciətlər də kifayət qədər olub.


Müəllif: