18 İyul 2016 01:33
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyədə hərbi çevrilişə cəhd zamanı əlini qaldırıb təslim olanlar Türkiyə Silahlı qüvvələrinin əsgəri deyil”.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun ANS TV-nin "Hesabat" verilişində deyib.

O qeyd edib ki, sadəcə, Türkiyə Silahlı Qüvvələrinin içində ağlını itirmiş insanlar təslim oldu:

“Doğrudur, o tablo uniformada olan insanların ortaya qoyduğu bir tablodur. Amma bu, Silahlı Qüvvələrin təslim olması demək deyil".

Türkiyə səfiri bu insanların əməllərinə görə Türkiyə Silahlı Qüvvələrinin gözdən salınmamalı olduğunu vurğulayıb: "Türkiyə Cumhuriyyəti təhlükələrlə üz-üzə olan dövlətdir. Bir də tarixi olaraq biz savaşçı bir xalqıq. Müstəqilliyimizə, namusumuza, torpağımıza sahib çıxmış bir millətik. Hər bir fədakarlığı etməklə bunu yerinə yetirənlər, təbii ki, Silahlı Qüvvlərimiz olub".


Müəllif: