25 İyul 2016 10:15

Təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Təhsil Nazirliyinin nümayəndə heyəti Fransada rəsmi səfərdədir.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, səfərin əsas məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, ölkəmizdə təsis olunacaq Fransız-Azərbaycan Universitetinin (UFAZ) yaradılması prosesinin tamamlanmasıdır.

Səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov və Strasburq Universitetinin prezidenti Alen Beretz arasında görüş keçirilib.

Görüşdə Azərbaycanının ali təhsil sisteminin inkişafını təmin etmək məqsədi daşıyan “Birgə Fransız-Azərbaycan Universiteti” layihəsi müzakirə olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və dünyanın aparıcı ali məktəblərindən biri olan Strasburq Universitetinin iştirakı ilə yaradılan UFAZ-ın iki ölkə arasında əməkdaşlıq çərçivəsində təhsil imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


Müəllif: