27 İyul 2016 02:01
267

Türkiyənin Bakıdakı səfirliyinin keçmiş hərbi attaşesi, korpus generalı Hasan Nevzat Taşdeler 15 iyul uğursuz hərbi çevriliş cəhdinə görə həbs edilib.

Teleqraf.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul prokurorluğunun irəli sürdüyü ittihama əsasən general Taşdeler FETÖ-çudur, hərbi çevriliş cəhdində əli var. Onun barəsində növbətçi məhkəmədə həbs qətimkan tədbiri seçilib.

Ələ keçirilən sənədlərə görə, çevriliş baş tutsaydı Taşdeler daha yüksək vəzifəyə təyin olunacaqdı.

Məlumatlara görə, General Taşdeler Türkiyənin Bakıdakı səfirliyində hərbi attaşe vəzifəsində çalışıb. 2015-ci ildın sonra Türkiyə Hərbi Akademiyasında qərargah rəisi vəzifəsinə təyin edilib.

Hasan Taşdələr “Ergenekon” əməliyyatı zamanı həbs edilən ordu generalı Nüsret Taşdelerin kiçik qardaşıdır.


Müəllif: