29 İyul 2016 11:48

İyulun 28-də “Tərh-i No” qəzetinin türkləri təhqir etməsinə qarşı Tehran da daxil olmaqla Güney Azərbaycanın bir çox şəhərində etiraz aksiyası keçirilib.

Teleqraf.com GünAz TV-yə istinadən xəbər verir ki, müxtəlif şəhərlərdə keçirilən etiraz yığıncaqlarında onlarla soydaşımız yaxalanıb. Tutulanlardan hələlik 25-nin kimliyi müəyyənləşdirilib.

Zəncandan Əbəlfəzl İmani övladı ilə birlikdə tutulub. Xoydan Fərhad Süleymanpur, Hüseyn Bostançı, Hüseyn Kazimluyi, Salman İraqi, Səid Vərməzyar, Vahid Səfəri, Hadi Abbaszadə, Hüseyn və hələlik adları məlum olmayan iki xoylu fəal saxlanılıb. Salman İraqi və Hüseyn Bostançı yaxalanarkən təhlükəsiz qüvvələri tərəfindən möhkəm döyülüb. Onların üz və baş nahiyələrindən qan axdığı bildirilir.

Xoyda keçirilən aksiyalar zamanı Cavad Kargər etirazçının mobil telefonu təhlükəsizlik qüvvələri tərəfindən əlindən alınıb, o ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinə çağırılıb.

Təbrizdən Ruzbeh Piri, Əli Cabbari, Əli Hidayəti (“Traxtur” komandası tərəfdarlarının lideri), Əli Dəbbaği, Nəyyir və Məryəm Fəthəli adlı iki bacı tutulub. Məlumata görə, Əli Hidayəti yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülüb.

Ərdəbildə Məhəmməd Colani, Əhməd Məhəmmədzadə, Vəhid Sadiqifər və Hüseyn Balaxani adlı soydaşlarımız saxlanılıb.

Marağadan Murtaza Kərimi (Savalan), Urmiyədən Mehdi Hacizadə, Tehrandan Əli İbrahimi də həbs olunanlar sırasındadır.

Səxavət


Müəllif:
Загрузка...