25 İyun 2014 12:05
731

Aydın Mirzəzadə: “Təsadüfi deyil ki, sual-cavabdan sonra bir çoxları yaxınlaşaraq onunla qürur duyduqlarını bildirirdilər”

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin AŞ PA-dakı çıxışı öz məzmun yükü ilə çox dəyərli idi. Onun beynəlxalq təşkilata Azərbaycanda gedən proseslərlə bağlı verdiyi geniş məlumat, AŞ PA Nazirlər Şurasının sədri kimi götürdüyü məsuliyyəti qiymətləndirməsi bütün politoloji tələblərə cavab verirdi”.

Teleqraf.com xəbər verir ki, bunu “Facebook”da Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə yazıb.

Deputat qeyd edib ki, prezidentin verilən suallara verdiyi cavablar isə auditoriya qarşısında ciddi və demokratik əqidəli bir siyasi xadimin durduğuna dəlalət edirdi: “Onun Azərbaycanın demokratik cəmiyyət quruculuğunda qazandığı nailiyyətlər barəsində dedikləri real faktlara əsaslanırdı və orda iştirak edən xarici ölkə deputatlarının bir qismi ölkəmizə səfər zamanı özləri bunun şahidi olmuşdular. Cənab prezidentin bəzi ermənipərəst deputatların verdiyi provokasiyalı suallara cavabları da qətiyyətli və həqiqətə söykənən idi. Təcrübəli bir siyasətçi kimi cənab İlham Əliyev suallardan qaçmayaraq onlara layiqli cavab verirdi. Təsadüfi deyil ki, sual-cavabdan sonra bir çoxları ona yaxınlaşaraq onunla qürur duyduqlarını bildirirdilər. Cənab İlham Əliyev Strasburqdakı çıxışı ilə növbəti dəfə Azərbaycan milli maraqlarını yüksək səviyyədə qoruduğunu və Azərbayacanın dünyanın ayrılmaz bir hissəsi olduğunu sübut etdi”.

Səxavət


Müəllif: