31 İyul 2016 20:16
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan paytaxtında vəziyyət gərgin olaraq qalır.

Teleqraf.com "Azadlıq.org"a istinadən xəbər verir ki, ölkə polisinin mətbuat katibi Aşot Aqaronyan özünün Facebook səhifəsinbdə post-patrul xidmətinin binasını zəbt etmiş dəstədən daha bir yaralının çıxarılaraq xəstəxanaya aparılmasını təsdiqləyib.

Ölkə hüquq-mühafizə orqanlarının rəhbərləri dəstə ilə qarşıdurmada qan tökülməsini istəmədiklərini və buna görə də yalnız cavab atəşləri açıldığını desələr də, sosial şəbəkələrdə yayılan bəzi postlardan görünür ki, sadə adamlar silahlı dəstə üzvlərinin bir-bir snayperlə “dənlənməsi” taktikasının yürüdüldüyünü düşünürlər.

Bundan az əvvəl müxalif “Müəssislər məclisi” hərəkatı silahl dəstənin üzvü Sedrak Nazaryanın yaralandığını və “qeyri-müəyyən istiqamətdə” aparıldığını təsdiqləmişdi.

Polis daha iki dəstə üzvünün binadan çıxaraq təslim olduqlarını və onların da yaralı olduğunu bildirib.

Rəsmi məlumatda “yaralı təslim olanların” Ruben Qriqoryan və Gevork Melkonyan olduğu bildirlir.

Azatutyun xəbər verir ki, rəsmilər artıq bu iki nəfərdən ifadə alıblar və onlar PPX-nin binasını tərk etmək istəsələr də, bunu qorxudan edə bilmədiklərinui söyləyiblər.

Başqa sözlərlə, təslim olanlardan artıq silahlı dəstəyə qarşı “kompromat” yığılmasına başlanıb.

Azatutyun bunu da xəbər verir ki, zəbt edilmiş PPX binasının yaxınlığındakı Xorenatsi küçəsində partlayış və atışma səsləri eşidilir.


Müəllif: