26 İyun 2014 11:40
1 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ASAN xidmət”-dən sosial aksiya: Qarabağ müharibəsi veteranlarına ödənişsiz əsaslarla yeni ümumvətəndaş pasportları verilib

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü münasibəti ilə "ASAN xidmət" Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində sosial məsuliyyət yönümlü aksiya keçirib.

"ASAN xidmət"dən Teleqraf.com-a verilən məlumata görə, aksiya çərçivəsində Səyyar ASAN xidmət vasitəsi ilə bir qrup Qarabağ müharibəsi veteranına ödənişsiz əsaslarla yeni ümumvətəndaş pasportları verilib.

Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə "ASAN xidmət" bugünə kimi 100-ə yaxın kənardan qulluğa və yardıma ehtiyacı olan əlil və sağlamlıq imkanları məhdud uşaq, həmçinin cəzaçəkmə müəssisəsində 67 qadın məhkuma səyyar formada xidmətlərin həyata keçirilməsini təmin edib.

Azərbaycan Respublikası Prezidentinin şəxsi təşəbbüsü olan "ASAN xidmət" mərkəzlərinin fəaliyyətində vətəndaş məmnunluğunun təmin edilməsi ən ali məqsədlər sırasına daxil edilib. Təsadüfi deyildir ki, "ASAN xidmət"- Xalqa xidmət deyimi bu fəaliyyət ilə tam səsləşir.

"ASAN xidmət" öz ənənəsinə sadiq qalaraq bu tipli sosial məsuliyyət yönümlü aksiyaların təşkil edilməsini mütəmadi qaydada həyata keçirir.


Müəllif: